05 May 2024
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində atışma - Yaralanan var

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində atışma - Yaralanan var

21 Dekabr 2021
Baxış: 490

Gürcüstanın Qardabani rayonunun azərbaycanlıların yaşadığı Qaratəhlə kəndində silahlı insident baş verib.

AJMEDİA.İNFO Report-a istinadən xəbər verir ki, naməlum şəxslər avtomobilində olan gəncə atəş açaraq hadisə yerindən qaçıblar.

Nəticədə o, xəsarət alıb. Yaralı Rustavi şəhərinin mərkəzi xəstəxanasına çatdırılaraq təcili əməliyyat olunub. Onun vəziyyəti kritik ağır qiymətləndirilir.

Hadisənin motivi məlum deyil.

Qaratəhlə kəndinə ekspert-kriminalistlər cəlb olunub.