03 May 2024
Gürcülər rusların olduğu gəmini Batumidən qovdular

Gürcülər rusların olduğu gəmini Batumidən qovdular

28 İyul 2023
Baxış: 472

Ötən gecə yüzdən çox Gürcüstan vətəndaşı Batumi estakadasına plakatlarla gələrək göyərtəsində rus turistlərin olduğu kruiz gəmisinin sahilə yanaşmasına etiraz ediblər.
Bunu əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb.
KİV-də gedən materiallara görə, gürcü seqmentində nümayişçilərin narazılığına təkcə iyulun 27-də səhər saatlarında laynerin sahilə yanaşması yox, həm də bir sıra rus sərnişinlərin əvvəllər Abxaziyada olduqları barədə yerli mediaya verdiyi şərhlər səbəb olub.
Sözügedən müsahibələrdən birində ruslardan biri “Rusiya Abxaziyanı gürcülərdən azad edib” ifadəsini işlədib.
Etiraz aksiyası təxminən bir saat davam edib, bundan sonra gəmi estakadanı tərk edib. Sahildə toplaşanlar laynerin yola salınmasını Gürcüstanın və Aİ-nin himnlərinin səsləndirilməsi ilə müşayiət ediblər, sonra onlar dağılışmağa başlayıblar.
Qeyd olunur ki, layner Trabzondan Batumi limanına daxil olub və göyərtəsində Rusiya Federasiyası və Türkiyədən 850 turist var. Gəminin sahibi olan şirkət Seyşel adalarında qeydiyyatdan keçib və sanksiyalar altında deyil.yeniavaz.com