03 May 2024
Gün ərzində İranda 1683 nəfər koronavirusa yoluxub

Gün ərzində İranda 1683 nəfər koronavirusa yoluxub

11 May 2020
Baxış: 444

Son sutka ərzində İranda koronavirusa yoluxanların sayı artaraq 1683 nəfərə çatıb, 45 nəfər isə həyatını itirib.

AJM xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur mətbuat konfransında deyib. Bununla da İranda virusa yoluxanların sayı 109 min 286 nəfər, ölənlərin sayı isə 6 min 685 çatıb.

Xüsusi xəstəxanalarda müalicə alanlardan 87 min 442 nəfər isə sağalaraq evə buraxılıb.

Yerli mətbuat qeyd edir ki, karantin rejiminin vaxtında əvvəl yumşaldılması və insanların bir sıra tibbi tələblərə əməl etməməsi yoluxma hallarının artmasına səbəb olub.

Tehranda və digər böyük şəhərlərdə yenidən dezinfeksiya işlərinə başlanılıb.