03 May 2024
Gorusda atışma: Erməni məmurların oğulları bir-birinin QANINI TÖKDÜ

Gorusda atışma: Erməni məmurların oğulları bir-birinin QANINI TÖKDÜ

14 İyul 2021
Baxış: 566

Ermənistanın Gorus şəhərində atışma olub, yaralılar var.

AJMEDİA.İNFO erməni mediasına istinadən xəbər verir ki, atışma yüksək çinli məmur övladları arasında baş verib.

Bu gün gecə saatlarında erməni polisinə odlu silahdan yaralanan iki vətəndaşın yerli tibb mərkəzinə aparılması barədə məlumat daxil olub. Sünik (Zəngəzur) regional polis idarəsinin rəisi Alik Mamikonyan da təcili xəstəxanaya gəlib.

Lakin həkimlər polisə və müstəntiqlərə bildiriblər ki, yaralılar əməliyyat otağında olduqları üçün hadisə barədə məlumat verə bilməzlər.

Polis müəyyən edib ki, Gorusdakı Axel Bakuntsun abidəsi yaxınlığındakı ərazidən xəstəxanaya aparılan şəxslər Harutyun Vardanyan və Melikset Barseqyandır.

Yaralılardan Harutyun Vardanyan Sünik qubernatoru Melikset Poqosyanın dostu olduğu, digər yaralı Melikset Barseqyanın isə keçmiş bölgə qubernatoru Surik Xaçatryanın qardaşı oğlu olduğu ortaya çıxıb. Cinayətin təhlükə dərəcəsini nəzərə alaraq Sünik bölgəsinin prokuroru Eduard Harutyunyan da hadisə yerinə gəlib.

İlkin araşdırma zamanı hadis yerindən pulemyotdan atılan çox sayda patron, həmçinin qan izləri tapılıb.

Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bəyan edib ki, Cinayət Məcəlləsinin 112-ci və 235-ci maddəsi əsasən cinayət işi açılıb.