02 May 2024
Gənclər və İdman Nazirliyində yeni TƏYİNAT

Gənclər və İdman Nazirliyində yeni TƏYİNAT

20 Dekabr 2021
Baxış: 516

Gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə, Elnur Məmmədov müvəqqəti olaraq, nazirliyin İdman şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu təyinatadək Elnur Məmmədov müxtəlif idman federasiyalarında, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və Qırğızıstan Respublikasında idman sahəsində çalışıb.