02 May 2024
Füzulidə traktor minaya düşdü

Füzulidə traktor minaya düşdü

28 Yanvar 2022
Baxış: 580

Füzuli rayonunda traktor minaya düşüb.

AJMEDİA.İNFO xəbər verir ki, Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, rayonun işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun mina düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

Teqlər: Füzuli