03 May 2024
Fransa prezidentliyinə namizəd Qarabağa qanunsuz SƏFƏR ETDİ - FOTOLAR

Fransa prezidentliyinə namizəd Qarabağa qanunsuz SƏFƏR ETDİ - FOTOLAR

23 Dekabr 2021
Baxış: 653

Fransa prezidentliyinə namizəd, Paris bölgəsi İl-de-Fransın rəhbəri Valeri Pekress gizli şəkildə Qarabağa səfər edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “France Télévisions”un jurnalisti və siyasi şərhçisi Jülen Neni Tvitterdə məlumat verib.

“Valeri Pekress bu gün Qarabağa səfər edib. Orada yerli siyasətçilərlə tanış olub. Təhlükəsizliyə görə səfər Ermənistanda olan əksər fransız mediası, o cümlədən, "France" TV tərəfindən işıqlandırılmayıb”, - deyə Neni yazıb.

Qeyd edək ki, Pekress Ermənistana dünən səfər edib.