03 May 2024
Fransa çempionatında davaya görə təxirə salınmış matçın tarixi açıqlanıb

Fransa çempionatında davaya görə təxirə salınmış matçın tarixi açıqlanıb

13 Sentyabr 2021
Baxış: 434

Fransa Liqa-1-in III turunda yarımçıq dayandırılan "Nitsa" - "Marsel" matçının tarixi açıqlanıb.

AJMEDİA.İNFO RMC telekanalına istinadən xəbər verir ki, dava səbəbindən təxirə salınan qarşılaşma oktyabrın 27-də yenidən oynanılacaq.

Görüşün neytral meydanda keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, "Nitsa" - "Marsel" oyunu zamanı azarkeşlər kütləvi şəkildə meydana qaçıb və oyunçularla dalaşıblar. Münaqişə qonaq komandanın yaımmüdafiəçisi Dimitri Payetə su şüşəsi atılması ilə başlayıb. Futbolçu butulkanı tribunaya geri atıb, bundan sonra hirsli fanatlar meydana girib. Nəticədə qarşılaşma yarımçıq dayandırılıb. Həmin vaxt "Nitsa" 1:0 hesabı ilə öndə olub.