03 May 2024
Fərid Qayıbov daha bir federasiyanın fəaliyyəti ilə tanış oldu

Fərid Qayıbov daha bir federasiyanın fəaliyyəti ilə tanış oldu

09 Dekabr 2021
Baxış: 671

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Stolüstü Tennis Federasiyasında olub.

AJMEDİA.İNFO xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, federasiyanın fəaliyyəti ilə tanış olan F.Qayıbov idmançıların məşq proseslərini izləyib, onlarla söhbət edib və məşqçilərlə fikir mübadiləsi aparıb.

Federasiyanın vitse-prezidenti Fazil Məmmədov qarşıdakı yarışlar, hazırlıq və gələcək iş planı barədə nazirə məlumat verib. Yığma üzvləri üçün yaradılmış şəraitlə tanışlıqdan sonra F.Qayıbov bir sıra tövsiyələr verib və idmançılara uğurlar arzulayıb.

Federasiya üzvləri ilə görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.