02 May 2024
"Ev yıxan" funksiya: Artıq "WhatsApp"da silinmiş mesajları...- FOTO

"Ev yıxan" funksiya: Artıq "WhatsApp"da silinmiş mesajları...- FOTO

29 İyun 2022
Baxış: 419

Dünyanın ən məşhur mesajlaşma tətbiqlərindən biri olan "WhatsApp" yeni xüsusiyyətləri ilə istifadəçi təcrübəsini yaxşılaşdırmağa çalışır. Belə ki, silinən mesajları yenidən bərpa etmək mümkün olacaq.

AJMEDİA.İNFO bu barədə "Haber Global"a istinadən xəbər verir.

Bildirilir ki, mesaj silindikdən sonra bununla bağlı xəbərdarlıqla yanaşı, "Geri qaytar" düyməsi də görünəcək.Funksiyadan həm qrup mesajlarında, həm də fərdi mesajlarda istifadə etmək mümkündür.

O da qeyd olunur ki, "geri qaytar" düyməsi "Məndən sil" funksiyası ilə silinən ismarışları qaytarır, ancaq "Hər kəs üçün sil" funksiyası ilə silinmiş mesajlarda işləyib-işləməyəcəyi məlum deyil.

Hələ inkişaf mərhələsində olan yeni xüsusiyyətin hamı üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb.

"WhatsApp"dan "ev yıxan" funksiya - FOTO

Teqlər: WhatsApp