05 May 2024
Ermənistanda polis rəisinin müavini avtomobillə vurulub

Ermənistanda polis rəisinin müavini avtomobillə vurulub

18 Sentyabr 2021
Baxış: 399

Ermənistanın paytaxtı Yerevanda polis rəisinin müavini, polkovnik Vaqe Enokyan avtomobillə vurulub.

Bu barədə AJMEDİA.İNFO Ermənistan KİV-ə istinadən xəbər verir.

Hadisə sentyabrın 17-də axşam saatlarında baş verib. Sürücünün kimliyi, avtomobilin markası və nömrəsi dəqiqləşdirilməyib.

Sürücü zərərçəkəni köməksiz qoyaraq hadisə yerindən uzaqlaşıb.

Hazırda polis polkovniki xəstəxanaya yerləşdirilib.