03 May 2024
Ermənistan ordusunun Baş Qərargah rəisi ilə müavini arasında dava - Bir-birlərinə stul və külqabı atdılar

Ermənistan ordusunun Baş Qərargah rəisi ilə müavini arasında dava - Bir-birlərinə stul və külqabı atdılar

20 İyul 2021
Baxış: 512

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan və birinci müavini Arşak Karapetyan arasında dava düşüb.

AJMEDİA.İNFO erməni mətbuatına istinadən xəbər verir ki, Baş Qərərgah rəisinin kabinetində düşən davada tərəflər bir-birinə stul və külqabı atıblar.

Daha sonra dava dəhlizdə davam edib. Yalnız işçilərin müdaxiləsindən sonra tərəfləri ayırmaq mümkün olub.

Davanın hansı səbəbdən baş verdiyi bilinməsə də, bu Ermənistan ordusundakı nizamsızlığın və pərakəndəliyin mövcudluğundan xəbər verir.(Konkret.az)