03 May 2024
"Ermənistan artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb" - Ermənistan XİN rəhbərindən ŞOK AÇIQLAMA

"Ermənistan artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb" - Ermənistan XİN rəhbərindən ŞOK AÇIQLAMA

15 Mart 2022
Baxış: 397

Ermənistan MDB-nin yaradılması haqqında saziş imzalamaqla artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Armenpress”ə müsahibəsində deyib. O bildirib ki, Azərbaycanla sülh sazişi ətrafında ilkin şərt olmadan danışıqlar aparılmalıdır.

Müsahibənin əsas məqamlarını təqdim edirik:

-Azərbaycan Xarici İşlər Nazirliyinin bir gün əvvəl dərc etdiyi 5 prinsip münasibətlərin normallaşmasına dair Ermənistana verilən sənəddir.

-Maraqlıdır ki, 21 fevral tarixli məktub yalnız martın 10-da Ermənistan tərəfinə verilib.

-Təkliflərin özlərinə gəlincə, hər iki ölkə 1991-ci il dekabrın 8-də “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” sazişi imzalayaraq artıq bir-birinin ərazi bütövlüyünü tanıyıb və bir-birlərinə qarşı ərazi iddialarının olmadığını qəbul ediblər.

-Təklifdə qeyd olunan məqamlar mövcud problemlərin bütün gündəliyini tam əks etdirmir. Erməni tərəfi üçün Arsax ermənilərinin hüquq və azadlıqlarının aydın təminatları, Dağlıq Qarabağın statusunun yekun dəqiqləşdirilməsi prinsip və əsasdır.

-Dağlıq Qarabağ problemi bizim üçün ərazi mübahisəsi deyil, hüquq məsələsidir. Ermənistan tərəfi artıq Azərbaycanın təklifinə cavab verib – yuxarıdakı mövqeyə uyğun olaraq.

-Azərbaycanda sərhədlərin delimitasiyası və nəqliyyat infrastrukturlarının blokdan çıxarılması ilə bağlı 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda təsbit olunmuş bütün sazişlər tam şəkildə yerinə yetirilməlidir.(Konkret.az)