03 May 2024
Ermənilər hiddətləndi - Artsrun Ovanisyan hamının önündə Azərbaycan Ordusunu TƏRİFLƏDİ - MƏTN

Ermənilər hiddətləndi - Artsrun Ovanisyan hamının önündə Azərbaycan Ordusunu TƏRİFLƏDİ - MƏTN

01 Sentyabr 2022
Baxış: 317

Xəbər verdiyimiz kimi Azərbaycan hərbçiləri Rusiyada keçiriləcək “Vostok-2022” təlimlərini müşahidə edəcəklər. “Vostok-2022” təlimlərində 50 min nəfərdən çox hərbçi iştirak edəcək və təlimlər 2022-ci il sentyabrın 1-dən 7-dək Şərq Hərbi Dairəsinin yeddi poliqonunda keçiriləcək.

Bundan əlavə, manevrlərdə KTMT, ŞƏT və digər tərəfdaş dövlətlərin operativ komanda-nəzarət qrupları, hərbi kontingentləri və müşahidəçiləri iştirak edəcək. Bunlar Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya və Tacikistandır.

“Vostok-2022”də beş mindən çox silah və hərbi texnika, o cümlədən 140 təyyarə, 60 döyüş gəmisi, qayıq və yardımçı gəmilər iştirak edəcək.

AJMEDİA.İNFO bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəsmi nümayəndəsi, 44 günlük müharibədə "taktiki geri çəkilmə etmişik" açıqlaması ilə gülüş hədəfinə çevrilmiş Artsrun Ovanisyan Azərbaycanın da ilk dəfə "Vostok-2022" təliminə qatılmasını dəyərləndirib. Maraqlıdır ki, "Armtimes"a açıqlama verən keçmiş "baş taktik" Azərbaycan Ordusunun bu illər ərzində güclənməsini dilə gətirərək hərbçilərimizi tərif edib:

"Azərbaycan bu hərbi təlimlərdə ilk dəfədir iştirak edir. Bu cür təlimlər hər bir ölkənin ordusu üçün vacibdir. Çünki onlar böyük təcrübə qazanırlar. Güclü ordular ildə bir neçə dəfə təlim keçirən ordulardır. 44 günlük müharibədən əvvəl, 2015-ci ildən başlayaraq Azərbaycan ildə bir dəfə, daha sonra iki dəfə, 10 mindən çox insanın iştirak etdiyi genişmiqyaslı əməliyyat təlimləri keçirməyə başladı. Bu hərbi təlimlər Azərbaycan ordusunu sonradan Ermənistanla başlayan müharibədə döyüş hazırlığına gətirdi. Dövlət aparatı, silahlı qüvvələr, nəzarət sistemi, səfərbərlik proqramı, hər şeyi yoxlamalaq lazım idi", - Artsrun ordumuzun son illərdə güclü şəkildə qurulmasını etiraf edib.

Hərbi ekspert Azərbaycanla Ermənistanın hərbi gücünü müqayisə edərək İrəvanın hələ də fil qulağında yatdığını dilə gətirib:

"Ordunun daha güclü və döyüşə hazır olması üçün bütün imkanlardan istifadə etmək lazımdır. Hərbi təlimlər təşkil etməklə yanaşı, xaricdəki təlimlərdə, BMT missiyalarında da iştirak etmək gərəkir, dünyanın güclü dövlətləri ilə əlaqə saxlamaq, onların təcrübəsini öyrənmək və bu ölkələrdən ən vacib şeyləri götürmək lazımdır. Lakin prioritet tapşırıq ölkə daxilində təlimlər təşkil etməkdir və bu təlimlər tez-tez keçirilməlidir. 2020-ci il müharibəsindən sonra Ermənistanda irimiqyaslı hərbi təlimlər keçirilmədi", - Hovanisyan gileylənib.(gündəm.az)