02 May 2024
Ərəblərin yaraladığı yəhudi alimi VƏFAT ETDİ - "Dəmir Qübbə"nin dizayneri olub - VİDEO

Ərəblərin yaraladığı yəhudi alimi VƏFAT ETDİ - "Dəmir Qübbə"nin dizayneri olub - VİDEO

07 İyun 2021
Baxış: 662

İsrailin raket alimi və İsrail Kosmik Proqramının keçmiş rəhbəri Avi Har-Even vəfat edib.

AJMEDİA.info "Times of İsrail"ə istinadən xəbər verir ki, Avi Har-Even keçən ay Akko (Akra) şəhərində baş verən qarşıdurmalar zamanı ərəb etirazçıların oteli yandırması nəticəsində ciddi yanıq xəsarəti alıb və tüstüdən zəhərlənib.

O, mayın 11-dən Hayfanın Rambam xəstəxanasında süni nəfər aparatına bağlanıb.

Lakin alimin həyatını xilas etmək mümkün olmayıb.

84 yaşlı mütəxəssisin "Dəmir Qübbə" sisteminin əsas dizaynerlərindən biri olduğu deyilir.

Avi Har-Even "Rafael Advanced Defence Systems" şirkətinin prezidenti Yoav Har-Evenin atasıdır.