03 May 2024
Ərdoğanın iqamətgahını çəkən İsrail vətəndaşları HƏBS EDİLDİ

Ərdoğanın iqamətgahını çəkən İsrail vətəndaşları HƏBS EDİLDİ

15 Noyabr 2021
Baxış: 582

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqamətgahının foto və videosunu çəkən iki İsrail vətəndaşı saxlanılıb.

AJMEDİA.İNFO xarici KİV-ə istinadən bildirir ki, saxlanılan şəxslər israilli cütlük Natali və Mody İstanbul Üsküdarda fəaliyyət göstərən Küçük Çamlıca Radio və Televiziya qülləsinin restoran mərtəbəsindən iqamətgahın foto və videosunu çəkiblər.

Çəkilən foto və videonun “Ailə” adlı bir qrupa göndərildiyi məlum olub.

Türkiyə Təhlükəsizlik qüvvələri İsrail vətəndaşlarını "siyasi və hərbi casusluq" ittihamı ilə həbs edib. Onların həbsi İsraildə böyük səs-küyə səbəb olub. İsrail höküməti saxlanılan şəxslərin cəsus olması ilə bağlı ittihamları rədd edib.(modern.az)