16 May 2024
Ərdoğan Qərb mediasının Türkiyədə ictimai rəyə təsir etmək cəhdlərini tənqid edib

Ərdoğan Qərb mediasının Türkiyədə ictimai rəyə təsir etmək cəhdlərini tənqid edib

23 May 2023
Baxış: 423

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb mediasının ölkədəki seçkilərlə bağlı Türkiyədə ictimai rəyə təsir etmək cəhdlərini tənqid edib.

Bu barədə Türkiyə Prezidenti "TRT Haber" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Qərbin müəyyən dairələri Türkiyənin “terrorubitirməkdə” uğur qazanması ilə barışa bilmir. Eyni zamanda dövlət başçısı qeyd edib ki, Türkiyə terror təşkilatlarına qarşı təkbaşına mübarizə aparmalı olub.

R.T.Ərdoğan qeyd edib ki, Qərb Türkiyənin müdafiə sənayesinin inkişafından da narahatdır.

"Müdafiə sənayesini gücləndirən Türkiyəni bəyənirlərmi? Təbii ki, bizi sevmirlər. Bizi bəyənmirlər, çünki biz artıq onlardan silah-sursat almırıq. Xalqımız onlara mayın 14-də (seçkilərin birinci turunda – red.) cavab verib. Ümid edirəm ki, mayın 28-də (seçkilərin ikinci turunda - red.) xalqımız yenə də bunu edəcək. Azərbaycan, Qətər və ya Liviyadan bizim səylərimizdən narazılıq barədə eşitmisiniz? Yox. Uğurumuzdan narahat olanlara nəzər saldıqda kimin dost, kimin düşmən olduğu bizə aydın olur", - deyə Türkiyə Prezidenti bildirib.

R.T.Ərdoğan Türkiyədə sığınacaq tapmış suriyalı qaçqınların öz vətənlərinə könüllü və təhlükəsiz qayıtması prosesinə də toxunub. "Bu günə qədər 560 minə yaxın qaçqın terrorçulardan təmizlənmiş ərazilərə qayıdıb. Terror təşkilatları Suriyadan çıxarıldıqca bu rəqəm daha da artacaq", - deyə Türkiyə Prezidenti əlavə edib.

Teqlər: