05 May 2024
Ərdoğan Qarabağa görə onları SƏRT TƏNQİD ETDİ

Ərdoğan Qarabağa görə onları SƏRT TƏNQİD ETDİ

22 Oktyabr 2021
Baxış: 567

“Nə qədər inkişaf etsə də, heç bir ölkə və ya cəmiyyət rəqəmsal faşizmin dağıdıcı təsirindən azad deyil”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türk Şurası Media Forumuna göndərdiyi video mesajda deyib.

Onun sözlərinə görə, Türk dünyası rəqəmsal faşizmdən başqa beynəlxalq medianın ikili standartından da əziyyət çəkir.

“Xüsusilə 44 gün davam edən Qarabağ müharibəsi zamanı şahidi olduğumuz riyakar münasibət ölkələrimiz üçün məsələnin əhəmiyyətini ortaya qoydu. Ermənistan ordusunun dinc əhalini hədəf alan qətliamı və ballistik raket hücumları heç gündəmə gətirilmədi. Medianın müstəqilliyindən və obyektivliyindən bəhs edən beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi çıxış etdilər”, - deyə Türkiyə lideri qeyd edib.