02 May 2024
Ərdoğan hakimiyyətdən gedənə qədər Azərbaycan MÜTLƏQ BUNLARI ETMƏLİDİR

Ərdoğan hakimiyyətdən gedənə qədər Azərbaycan MÜTLƏQ BUNLARI ETMƏLİDİR

19 Noyabr 2021
Baxış: 826

"Azərbaycan 2023-cü ilə qədər Ermənistanı təslimçi sülh müqaviləsi bağlamağa məcbur etməlidir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu siyasi analitik Samir Feyruzov bildirib.

O, 2023-cü ildə Türkiyədə keçiriləcək prezident seçkilərinin gözlənilməz nəticələrinin ola biləcəyini deyərək, qarşıda duran və həllini gözləyən məsələlər barədə danışıb:

"Türkiyə ilə münasibətlər tamamilə strateji hal almalıdır. Əsas sual isə budur: Türkiyədə prezident postuna gələcək növbəti şəxs Ərdoğan kimi Qarabağla bağlı qətiyyətli mövqeyə sahib olacaqmı? Bu şəxs Əliyev-Ərdoğan arasındakı isti münasibətlərin davamçısına çevrilməlidir. Heç nə sıfırdan başlamamalıdır. Əks halda, bu, həm Türkiyə, həm də Azərbaycan üçün zərərli olacaq”.

S.Feyruzov bu xüsusda Rusiyanın Azərbaycana olan yanaşmasına da münasibət bildirib:

"Əgər Ərdoğan prezident seçilməsə, 2024-cü il Rusiyada keçirilən prezident seçkilərinə qədər (1 il ərzində) Putin bizim üçün arzuolunmaz addımlar atacaq. Putin o addımlardan birinin anonsunu dünən verdi. Rusiya prezidenti Putin Azərbaycan-Ermənistan sərhədindəki atışmalardan danışarkən bildirdi:

".... Bir müddət əvvəlki atışmalar göstərdi ki, regionda vəziyyət tam sabitləşməyib. Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin tənzimlənməsi üzrə səylərin davamı üçün Rusiya diplomatiyasının rolu artır".

S. Feyruzov Putinin son açıqlamasını isə belə şərh edib:

"Rusiya özünün sülhməramlı qüvvələrini 4 il sonra Qarabağdan çıxarmayacaq, bunu etməmək üçün Azərbaycan və Ermənistan arasında silahlı insidentər yaradacaq və nəticədə sülhməramlılara olan "ehtiyacı" artırmış olacaq. Rusiya elə bir situasiya yaratmağa çalışacaq ki, sülhməramlıların qalmasına zərurət yaransın”.