02 May 2024
Ərdoğan bütün dünyaya ELAN ETDİ: Onları DARMADAĞIN ETDİK

Ərdoğan bütün dünyaya ELAN ETDİ: Onları DARMADAĞIN ETDİK

04 İyun 2022
Baxış: 516

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan yenidən səs-küy yaradacaq açıqlama verib.

AJMEDİA.İNFO xəbər verir ki, daha əvvəl Suriyada hərbi əməliyyat siqnalı verən Ərdoğan AK Partiya Qızılcahamam düşərgəsində çıxış edib.

O, "Cənub sərhədimizdə yaradılmağa çalışılan terror dəhlizini darmadağın etdik. Həm cənub sərhədlərimizdəki təhlükəsizlik xəttimizdəki çatışmazlıqları yeni əməliyyatlarla tamamlayacaq, həm də quru, dəniz və havadan bütün qüvvələrimizi hər şeyə hazır vəziyyətə gətirəcək araşdırmaları çox diqqətlə həyata keçiririk”, - deyə söyləyib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan ötən günlərdə AK Partiya qrup toplantısında hərbi əməliyyat mesajı verib. O, yeni mərhələyə qədəm qoyulduğunu söyləyib. “Cənub sərhədlərimizdə 30 km təhlükəsiz dəhliz yaradacağıq. Biz təhlükəsiz zona yaratmaq məqsədimizin yeni mərhələsinə qədəm qoyuruq. Tel Rıfat və Mənbici terrorçulardan təmizləyirik”, - deyə Ərdoğan əlavə edib.