02 May 2024
Emin Ağalarov: "100 min avro da versələr, İrəvanda..." -  VİDEO

Emin Ağalarov: "100 min avro da versələr, İrəvanda..." - VİDEO

19 İyul 2021
Baxış: 698

Xalq artisti, tanınmış iş adamı Emin Ağalarov 100 min avro qarşılığında belə Ermənistana getməyə razı olmadığını açıqlayıb.

AJMEDİA.İNFO publika.az-a istinadən xəbər verir ki, sənətçi rusiyalı aparıcı Ksenya Sobçakın “Осторожно: Собчак” adlı 2 saatlıq verilişinin qonağı olub.

Xalq artistinin 35 milyonluq şəxsi təyyarəsi ilə Bakıya gələn Sobçak heyrətini gizlədə bilməyib. İş adamı Araz Ağalarovun da iştirak etdiyi verilişin ən yaddaqalan məqamlarından biri aparıcının “İrəvanda keçirilən tədbirə 100 min avro qarşılığında gedərsinizmi” sualına Emin Ağalarovun cavabı olub.

Özünü Rusiyada yaşayan azərbaycanlı hesab etdiyini deyən ifaçı sərt şəkildə “Heç vaxt” deməklə kifayətlənib.