05 May 2024
Əliyevə və Ərdoğana Qarabağın simvolik açarları TƏQDİM OLUNDU - VİDEO

Əliyevə və Ərdoğana Qarabağın simvolik açarları TƏQDİM OLUNDU - VİDEO

26 Oktyabr 2021
Baxış: 459

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ərdoğanı hava limanında Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. İlham Əliyev Ərdoğanla Füzuli aeroportunun lentini kəsib.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlət başçılarına Qarabağın simvolik açarlarını təqdim edib.