05 May 2024
Əliyev təzyiq edir, Bakı ilə sülh sazişi hazırlanır - AKOPYAN

Əliyev təzyiq edir, Bakı ilə sülh sazişi hazırlanır - AKOPYAN

06 Avqust 2021
Baxış: 901

Ermənistanla Azərbaycan arasında son nəticədə sülh müqaviləsinə çevriləcək sənədlər hazırlanır.

AJMEDİA.İNFO xəbər verir ki, bunu erməni polittexnoloq Vigen Akopyan deyib.

Akopyanın sözlərinə görə, deputat Andranik Koçaryan da sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq niyyətini açıqlayıb.

Polittexnoloq bildirib ki, söhbət əvvəlki danışıqlar zamanı şifahi formada müzakirə olunan və sonucunun sülh müqaviləsi olacağı bəzi ilkin razılaşmalardan gedir.

“Əliyev vaxtaşırı bir çox müqavilələri açıqlayır. Nəticə etibarilə, indi Əliyev sülh müqaviləsindən danışaraq, kartlarını açaraq, katalizator rolunu oynayır və prosesi sürətləndirməyə çalışır. Bəzi razılaşmaların icrasını sürətləndirməyə çalışan bəzi maraqlı geosiyasi mərkəzlər də Əliyevin əlini gücləndirir. Eyni zamanda, Ermənistan cəmiyyəti müqaviləni nəinki azərbaycanlılardan, ya da üçüncü ölkələrdən olan mənbələrdən deyil, müxalifət dairələrindən də öyrənir. Məsələn, müxalifət demarkasiya və delimitasiya haqqında saziş layihəsini ortaya çıxardı, bundan sonra Paşinyan belə bir sənədin olduğunu etiraf etməyə məcbur oldu. Hətta bunun erməni maraqlarına uyğun sənəd olduğunu və onu imzalamağa hazır olduğunu söylədi”, – deyə Akopyan bildirib.(axar.az)