03 May 2024
Əl-Cəzirənin nümayəndə heyətinin üzvləri Şuşa şəhəri ilə tanış olublar

Əl-Cəzirənin nümayəndə heyətinin üzvləri Şuşa şəhəri ilə tanış olublar

07 Avqust 2021
Baxış: 779

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyevin rəhbərliyi ilə Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyətinin üzvləri Şuşa şəhəri ilə tanış olublar.

AJM xəbər verir ki, qonaqlar Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərində, tarixi Şuşa Bəyannaməsinin imzalandığı ərazidə olublar. Nümayəndə heyəti şəhərin mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Qala divarlarını, Natəvan bulağını və Cıdır düzünü ziyarət ediblər.

Tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını keçirdiyi ərazi qonaqlarda xoş təəssürat yaradıb. Nümayəndə heyəti mədəniyyət paytaxtımız Şuşanın görməli yerlərindən biri olan Cıdır düzünün əsrarəngiz gözəlliyindən valeh olublar.

Qonaqların Şuşaya səfəri avqustun 8-də başa çatacaq.

Səfər iştirakçıları işğaldan azad edilmiş ərazilərimizdə ermənilər tərəfindən törədilən dağıntıları, vandalizm aktlarını öz gözləri ilə görüblər. Onlar Azərbaycan dövləti tərəfindən aparılan abadlıq-quruculuq və təmir-bərpa işləri barədə ətraflı məlumatlandırılıb.

Qeyd edək ki, nümayəndə heyəti 30 ilə yaxın işğaldan əziyyət çəkən Qubadlı, Füzuli və Cəbrayıl rayonlarında da olacaq.