03 May 2024
Əl-Cəzirənin əməkdaşları Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında olublar

Əl-Cəzirənin əməkdaşları Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında olublar

08 Avqust 2021
Baxış: 816

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevin rəhbərliyi ilə Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyəti Şuşadan qayıdarkən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında olub.

AJM xəbər verir ki, nümayəndə heyətinin tərkibində Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami al-Hajj başda olmaqla, tanınmış jurnalistlər yer alıblar.

Nümayəndə heyəti 30 ilə yaxın işğaldan əziyyət çəkən ərazilərimizdə erməni vandalizminin nəticələri, həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən sonra sürətlə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.

BAMF-ın prezidenti Umud Mirzəyevin müşayiəti ilə qonaqlar Cəbrayıl rayonunda və Zəngilan rayonunun Ağalı kəndində yeni tikilən "ağıllı kənd"də olublar. Sonra Qubadlının Göyyal kəndinə gedən nümayəndə heyəti Sami al-Hajjın qayınatası İsa İsmayılovun erməni vandalları tərəfindən dağıdılmış evinə, talan edilmiş və yandırılmış yurd-yuvasına baş çəkiblər.

Əl-Cəzirənin əməkdaşları səfər etdikləri ərazilərdə ermənilərin törətdikləri vəhşiliklərdən, vandallıq aktlarından heyrətlənərək, təəssüf hissi keçirdiklərini bildiriblər. Qeyd olunub ki, ermənilərin elədikləri insanlığa sığmır və bəşəriyyətə qarşı cinayətdir. Onlar 30 ilə yaxın müddətdə Azərbaycana vurduqları ziyana görə kompensasiya ödəməyə borcludurlar.