05 May 2024
"Əks halda hərəkətə keçəcəyik" - HƏMAS İsrailə 60 gün vaxt verdi

"Əks halda hərəkətə keçəcəyik" - HƏMAS İsrailə 60 gün vaxt verdi

24 İyun 2021
Baxış: 436

HƏMAS-ın Qəzza zolağındakı ofisinin sədri Yəhya əl-Sinvar İsrailə vaxt verdiklərini açıqlayıb.

AJMEDİA.İNFO-nun məlumatına görə o bildirib ki, İsrail 60 gün ərzində üzərinə düşən öhdəliklərə əməl etməsə və fələstinlilərə qarşı "təzyiqləri" dayandırmasa, müqavimət cəbhəsi yenidən hərəkətə keçəcək:

"İsrail rejimi atəşkəs razılaşmasında üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Bu barədə sonuncu dəfə xəbərdarlıq edirik. Əgər atəşkəsə əməl olunmasa yenidən hərəkətə keçəcəyik. İsrail rejimi ilk növbədə Qəzza zolağına tətbiq olunan mühasirəni aradan qaldırılmalıdır".