03 May 2024
DYP-dən "Qarabağ"ın matçı ilə bağlı MÜRACİƏT

DYP-dən "Qarabağ"ın matçı ilə bağlı MÜRACİƏT

22 Fevral 2024
Baxış: 305

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bugünkü futbol matçı ilə bağlı azarkeşlərə müraciət edib.

Bu barədə AJMEDİA.İNFO-ya idarədən məlumat verilib.


Bildirilib ki, Bu gün “Qarabağ” və Portuqaliyanın “Braqa” klubları arasında keçiriləcək oyunu izləməyə gələn futbol azarkeşlərindən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur:

"Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də keçirilməsi nəzərdə tutulan futbol yarışı ilə əlaqədar azarkeşlərin, eləcə də digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb. Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunu nəzərə alaraq, ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur".