03 May 2024
Dünyanın ən yoxsul ölkələrinin yarısından çoxu xarici borc böhranı vəziyyətindədir

Dünyanın ən yoxsul ölkələrinin yarısından çoxu xarici borc böhranı vəziyyətindədir

30 Sentyabr 2021
Baxış: 573

Faiz dərəcələrinin artırılması 2021-ci ilin ortalarından etibarən dünyanın ən yoxsul ölkələrinin yarıdan çoxunun xarici borc böhranı yaşadığı vəziyyəti daha da ağırlaşdıra bilər.

AJMEDİA.İNFO xəbər verir ki,bunu Dünya Bankının Prezidenti Devid Malpas (David Malpass) Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının rəhbər orqanlarının payız sessiyası ərəfəsində Xartumda çıxışı zamanı deyib.

"2021-ci ilin ortalarından etibarən dünyanın ən kasıb ölkələrinin yarıdan çoxu xarici borc böhranı içərisində və ya təhlükə altındadır. Əmtəə qiymətləri dəyişkən olarsa, faiz dərəcələri yüksələrsə və investorlar inkişaf etməkdə olan bazarlara güvənini itirərsə, bu vəziyyət daha da pisləşə bilər", - bankın rəhbəri bildirib.

D. Malpas edir ki, ilin sonunadək bu vəziyyət yoxsul ölkələrin koronavirusa qarşı peyvəndin alınması imkanlarını, daha sonra isə digər prioritet xərclərini məhdudlaşdıra bilər: "Dünyanın ən yoxsul ölkələrinin borc yükünü yüngülləşdirmək və onların iqtisadi artımına sərmayə yatırmaq üçün özəl sektor da daxil olmaqla beynəlxalq əməkdaşlığa ehtiyacımız var".