02 May 2024
Dünyaca məşhur "Mado" brendinin sahibi konteynerdə yaşayır - FOTO/VİDEO

Dünyaca məşhur "Mado" brendinin sahibi konteynerdə yaşayır - FOTO/VİDEO

14 Mart 2023
Baxış: 594

Dünya brendi "Mado"nun sahibi Mehmet Sait Kanbur hazırda konteynerdə yaşayır.

AJMEDİA.İNFO “Haber global”a istinadən xəbər verir ki, 4 uşaq atası Mehmet Türkiyədə zəlzələdən zərərçəkənlər üçün təşkil edilən konteynerlərdən birində qalır.

O, öz işçiləri ilə birlikdə zəlzələ bölgəsini tərk etməyərək çadırda qalan sakinlərə yemək paylayır.

“İgid düşdüyü yerdən qalxar. Biz də yıxıldığımız yerdən qalxacağıq. Üzərimizə düşən məsuliyyətin fərqindəyik. Çünki mən maraşlıyam. Maraş özünə gələndə bütün Türkiyə özünə gələcək. Yenidən bir şəhər yaradacağıq. Əl-ələ verib bu şəhəri yıxıldığı yerdən qaldıracağıq”, – deyə Mehmet Sait Kanbur bildirib.

Xatırladaq ki, Türkiyədə baş verən güclü zəlzələdə "Mado"nun 3 fabriki ziyan görüb. 60-a yaxın işçisi isə həyatını itirib.(baku.vs)