03 May 2024
Dünya üzrə COVID-19 infeksiyasından ölənlərin sayı 300 mini keçib

Dünya üzrə COVID-19 infeksiyasından ölənlərin sayı 300 mini keçib

15 May 2020
Baxış: 415

Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus infeksiyası (COVID-19) artıq dünyada 4,52 milyondan çox insanın bu virusa yoluxmasına yol açıb.

AJM “Worldometer”ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 05:00-a olan statistikaya əsasən, son bir sutka ərzində 96 371 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumilikdə sayı 4 522 026 nəfərə çatıb.

Ölüm sayında da artım müşahidə edilib. Bir gündə 5317 nəfər infeksiyaya yoluxma nəticəsində həyatını itirib. Ümumilikdə bu ölümcül virusdan ölənlərin sayı isə 303 082 nəfərdir. İndiyədək 1 702 152 nəfər sağalıb və hazırda 2 516 792 aktiv yoluxmuş xəstə var ki, onlardan 45 566 nəfərin vəziyyəti ağırdır.