03 May 2024
Dünən məzun oldu, bu gün isə vəfat etdi - Azərbaycandakı faciənin TƏFƏRRÜATI

Dünən məzun oldu, bu gün isə vəfat etdi - Azərbaycandakı faciənin TƏFƏRRÜATI

15 İyun 2022
Baxış: 555

Ötən gün məktəbi bitirən məzun çayda boğularaq ölüb.

AJMEDİA.İNFO Report-a istinadən xəbər verir ki, hadisə Lənkəranın Osaküçə kəndi ərazisindəki istirahət mərkəzlərinin birində baş verib.

Belə ki, Masallı rayon Mollaoba kənd sakini olan 2004-cü il təvəllüdlü Məhəmmədəli Əzizli Yasin oğlu ehtiyatsızlıqdan çaya düşüb. Ətrafındakılar onu xilas edə bilməyiblər. Kənd sakinləri M.Əzizlinin cansız bədənini sudan çıxarıblar.

Qeyd edək ki, bədbəxt hadisə Mollaoba kənd tam orta məktəb məzunlarının istirahət gəzintisi zamanı baş verib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.