03 May 2024
Duma poçtla səsvermənin mümkünlüyünə dair qanunu qəbul edib

Duma poçtla səsvermənin mümkünlüyünə dair qanunu qəbul edib

13 May 2020
Baxış: 440

Rusiya Dövlət Duması seçkilərdə və referendumlarda poçt və məsafədən səsvermənin mümkünlüyü haqqında qanun layihəsini qəbul edib.

AJM-in Moskva müxbirinin verdiyi məlumata görə, qanun layihəsində eyni zamanda namizəd üçün imzaların toplanması zamanı "Qosusluqi" portalından istifadənin mümkünlüyünü də nəzərdə tutur.

Yeni qanun layihəsi "Rusiya Federasiyası vətəndaşlarının seçki hüquqları və referendumda iştirakı hüquqları haqqında əsas zəmanətlər" federal qanunun 37 və 38-ci maddələrinə düzəlişləri özündə əks etdirir.

Qanun layihəsi lehinə 249, əleyhinə 79 səs verilməklə qəbul edilib.

Teqlər: Duma