02 May 2024
"Dudayevin döyüşçüləri Kiyev yaxınlığında 2 min "kadırovçu"nu MƏHV ETDİ" -FOTO

"Dudayevin döyüşçüləri Kiyev yaxınlığında 2 min "kadırovçu"nu MƏHV ETDİ" -FOTO

05 Aprel 2022
Baxış: 1501

“Dudayevin döyüşçüləri Kiyev yaxınlığında 2 min “kadırovçu”nu məhv edib”.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Türkiyənin iqtidaryönlü “Yeni Akit” qəzeti məqalə dərc edib.

Ukrayna tərəfində vuruşan Şeyx Mənsur adına çeçen batalyonu Kiyev yaxınlığında gedən döyüşlər zamanı Rusiya qoşunlarının tərkibində “kadırovçular” adlanan xüsusi motoatıcı alayın 2 min silahlısını məhv edib.

“Yeni Akit” qəzetinin “Dudayevin döyüşçüləri kuklaların peşində” başlığı ilə dərc olunan materialında bu barədə məlumat verilib.

“Şəhid Cövhər Dudayevin əsl döyüşçüləri olan çeçen mücahidləri rus marioneti Ramzan Kadırovun göndərdiyi çeçen qoşunları ilə üz-üzə gəlib”, – məqalədə deyilir.

Toqquşma zamanı 2000 “kadırovçu” öldürülüb, daha 700 silahlı yaralanıb. Materialda bildirilir ki, ümumilikdə Kadırovun şəxsi mühafizəsinin 10 min yaraqlısı Rusiyanın Ukraynaya müdaxiləsində iştirak edib.

4 min nəfər işğal olunmuş Krım ərazisindən daxil olaraq Xerson və Mariupol rayonlarına gedib, qalan 6 min nəfər isə Belarusdan Kiyev istiqamətində hücum əməliyyatlarında iştirak edib.

(konkret.az)