ABŞ-də konqresmen Azərbaycandan rüşvət almaqda ittiham olunu...
1 saat əvvəlDSX-nin əsgəri qəfil VƏFAT ETDİ
19 Dekabr 2023
Baxış: 248
Qubadlıda Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri vəfat edib.
AJMEDİA.İNFO DSX-nin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, bu gün Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Həsrətov Xəyal Əzim oğlunun səhhəti qəfil pisləşib.
Hərbi qulluqçuya ilkin tibbi yardım göstərilərək dərhal xəstəxanaya təxliyə edilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda əsgər Xəyal Həsrətovun ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.
Faktla bağlı prokurorluq orqanları ilə Dövlət Sərhəd Xidmətinin birgə araşdırma işləri aparılır.