02 May 2024
DİN şəhidin adına protokol göndərilməsinə münasibət bildirdi

DİN şəhidin adına protokol göndərilməsinə münasibət bildirdi

29 Yanvar 2022
Baxış: 666

Daxili İşlər Nazirliyi (DİN) Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif məzmunlu fikirlər paylaşılmasına münasibət bildirib.

AJMEDİA.İNFO xəbər verir ki,DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib.

Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik onun adına tərtib edilib.

“Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır”, - cavabda qeyd olunub.