03 May 2024
“Dilarə ilə mən qışqırdıq, Oqtay isə susurdu, maşın çevrildi…” – Mehriban Zəki o günə qayıtdı

“Dilarə ilə mən qışqırdıq, Oqtay isə susurdu, maşın çevrildi…” – Mehriban Zəki o günə qayıtdı

24 Mart 2023
Baxış: 581

Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

AJMEDİA.İNFO xəbər verir ki, qəza zamanı avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanmışdı.

Qeyd edək ki, hadisədən dərhal sonra Mədəniyyət Nazirliyi tərəfindən aktrisanın vəziyyəti nəzarətə götürülüb.

Mehriban Zəki sözügedən qəza ilə bağlı sosial media hesabında bunları yazıb:

İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə problem yoxdur keçib gedəcək deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək istərdi.

Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay… Oqtay… Oqtay… O isə susurdu. O susurdu, maşın çevrilirdi…


Bu sadəcə qəzavü-qədər idi. Mən sağalacam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq.
Dilarə də inşallah özünü toparlayar. O çox güclü qadındır. Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay.

Martın 22 i belə yazıldı bizimçün”.