03 May 2024
"DGK sədri rüşvət almır, alanı da vəzifədən azad edir" - Partiya sədri Səfər Mehdiyevi TƏRİFLƏDİ

"DGK sədri rüşvət almır, alanı da vəzifədən azad edir" - Partiya sədri Səfər Mehdiyevi TƏRİFLƏDİ

21 May 2021
Baxış: 1076

Hüquq mühafizə orqanları Dövlət Gömrük Komitəsinin fəaliyyətini araşdırmağa başlayıb. Son üç gündə gömrük orqanlarının beş əməkdaşı həbs edilib.

Maraqlıdır, bu həbslər Komitə sədri Səfər Mehdiyev üçün hansı təhlükə vəd edir?

AJMEDİA.info bildirir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məsələ ilə bağlı yenisabah.az-a açıqlamasında Səfər Mehdiyevin qarşıdakı dövrdə istintaqa cəlb edilməsinin mümkün olmayacağını vurğulayıb:

“Çünki Səfər Mehdiyevin özü qurum daxilində təmizləmə işi aparır. Bu gün o, digərlərinə nisbətən dövlət büdcəsinə daha çox vəsait toplanmasına çalışır. Mehdiyevin yüzlərlə, minlərlə işçisi var, hansısa biri rüşvət alırsa, ona nə edə bilər ki? Biz bütün məmurların hamısını qaralaya bilmərik. Təmizləmə işi aparmayanda bunu irad tuturlar, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə aparmağa başladıqda isə başqa bir bəhanə tapırlar. Səfər Mehdiyevin Daxili Təhqiqatlar İdarəsi var, hansısa şöbə müdiri rüşvətə meyil edəndə məsələni ortaya qoyur və buna qarşı mübarizə aparır. Səfər Mehdiyev bu məsələyə diqqət ayırmaqla yaxşı iş görüb. Buna görə onu alqışlamaq lazımdır. O, vəzifəyə gələndə rüşvət almayacağını, rüşvət alanları isə vəzifədən azad edəcəyini demişdi. İndi də rüşvət almır, kim də rüşvətə meyil edirsə, vəzifədə qalmır. Bu komitədə bir problem görmürəm. Nə qədər icra başçısı, nazir müavini saxlanılıb. Yəni kim rüşvət alırsa, əlində nəsə tutulursa, cəzasını görür”.