02 May 2024
Dərslərin dəhlizdə keçilməsi iddiasına direktor cavab verdi: “Görüntülər qərəzlidir” - VİDEO

Dərslərin dəhlizdə keçilməsi iddiasına direktor cavab verdi: “Görüntülər qərəzlidir” - VİDEO

29 Yanvar 2022
Baxış: 567

Sosial şəbəkələrdə Samux rayon Çobanabdallı kənd tam orta məktəbində məktəbəhazırlıq qrupu şagirdlərinin sinfə buraxılmaması və dərslərin dəhlizdə keçirilməsi ilə bağlı görüntülər yayılıb.

AJMEDİA.İNFO xəbər verir ki,Lakin məktəbin direktoru Şakir Əmrahov ittihamları qəbul etmir, videonun qərəzli şəkildə yayıldığını bildirir:

“Videoya baxanlar yaxşı görür ki, sağ tərəfdəki sinif boşdur. O görüntülər qərəzlidir. Bizdə iki məktəbə hazırlıq qrupu var, hər iki qrupa da davamlı olaraq dərslər keçirilir. Bizim sinif otaqları ilə bağlı problemimiz yoxdur”.

Samux Rayon Təhsil Şöbəsindən bildirilib ki, video qərəzlidir və Təhsil Nazirliyinə bununla bağlı məlumat verilib.

Qeyd edək ki, Çobanabdallı kənd tam orta məktəbi bir müddət öncə əsaslı təmirdən sonra istifadəyə verilib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: