02 May 2024
Çin Yaponiyanın ümidinə qaldı: Bizə yardım edin!

Çin Yaponiyanın ümidinə qaldı: Bizə yardım edin!

03 Aprel 2023
Baxış: 423

Rəsmi Pekin Yaponiyaya ABŞ-ın Çində mikrosxem istehsalına maneələr yaratmağa yönəlmiş siyasətini dəstəkləməmək təklifi ilə müraciət edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu təklifi Çinin xarici işlər naziri Qin Qanq yaponiyalı həmkarı Yoşimase Hayaşiyə bildirib.

"Əvvəllər Birləşmiş Ştatlar Yaponiyada yarımkeçirici sənayesinin inkişafını tərəddüd etmədən dayandırırdı və indi də Çinlə eyni köhnə taktikanı təkrarlayırlar. Özünüzə rəva görmədiyinizi başqalarına tətbiq etməyin", - o bildirib.

Çinin xarici işlər naziri qeyd edib ki, texnologiyaya qoyulan məhdudiyyətlər yalnız Pekinin texnoloji axtarışlarını artıracaq.axar.az