03 May 2024
Çin Xalq Siyasi Məşvərət Şurasının illik sessiyası başa çatıb

Çin Xalq Siyasi Məşvərət Şurasının illik sessiyası başa çatıb

27 May 2020
Baxış: 415

Çin Xalq Siyasi Məşvərət Şurasının 3-cü illik sessiyası başa çatıb.

AJM xəbər verir ki, mayın 27-də keçirilmiş sessiyanın bağlanış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpin başda olmaqla ölkənin rəhbər şəxsləri iştirak ediblər.

Çinin sosialist demokratiyasının və onun üstünlüklərinin dövlət idarəetməsində mühüm rol oynadığını bildirən Çin Xalq Siyasi Məşvərət Şurasının Daimi Komitəsinin sədri Van Yan şura üzvlərini Çin üsulu demokratiyaya töhfələrini davam etdirməyə çağırıb.

Qeyd edək ki, Çin siyasi sisteminin vacib orqanı olan Siyasi Məşvərət Şurası Çin Kommunist Partiyasının liderliyi altında siyasi məşvərətçi orqan statusuna malikdir. Şuranın əsas funksiyaları siyasi məsləhətləşmə, demokratik nəzarət və dövlət işlərinin müzakirə və idarə edilməsində iştirakdır. Şuranın ildə bir dəfə keçirilən sessiyası adətən martın əvvəlində baş tutur. Amma COVID-19 epidemiyası ilə əlaqədar builki sessiyanın planlaşdırılan vaxtda keçirilməsi mümkün olmamışdı. Mayın 21-də başlayan sessiyanın gedişində ölkə həyatının siyasi, iqtisadi və sosial sahələrinə dair müzakirələr aparılıb, təkliflər hazırlanıb.

Teqlər: Çin