03 May 2024
Çexiya hökuməti istefaya göndərildi – FOTO

Çexiya hökuməti istefaya göndərildi – FOTO

11 Noyabr 2021
Baxış: 689

Çexiya prezidenti Miloş Zeman ölkənin hazırki hökumətinin istefasını qəbul edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi İrji Ovçaçek məlumat verib.

Andrey Babişin rəhbərlik etdiyi hökumətin istefası ölkə konstitusiyasına uyğun olaraq həyata keçirilib. Belə ki, onun rəhbərlik etdiyi “Narazı vətəndaşların aksiyası” partiyası oktyabrın 8-9-da keçirilmiş parlamentin aşağı palatasına (Deputatlar Palatası) seçkilərdə məğlub olub.

Qeyd edək ki, yeni hökumətin formalaşdırılması Demokratik Vətəndaş Partiyasının sədri Petr Fialaya tapşırılıb.

Prezident republiky 🇨🇿 Miloš Zeman podepsal ve čtvrtek dne 11. listopadu 2021 jmenovací dekrety 16 soudců obecných soudů České republiky.

Jmenování podléhá kontrasignaci předsedou vlády.

— Jiří Ovčáček (@PREZIDENTmluvci) November 11, 2021