16 May 2024
"Çətinliyin səbəbi Qarabağdırsa, cəmiyyət kömək etsin" - Deputat Fazil Mustafadan ÇAĞIRIŞ

"Çətinliyin səbəbi Qarabağdırsa, cəmiyyət kömək etsin" - Deputat Fazil Mustafadan ÇAĞIRIŞ

04 Noyabr 2021
Baxış: 621

Qarabağdakı ümumi işlərə böyük pul ayrılır. Lakin konkret müddət yoxdur. Bildirilsin ki, məsələn, 3 ilə Qarabağı bərpa edirik. 3 illik “Qarabağ ili” elan edilsin. Bütün cəmiyyət də bu məsələ ilə bağlı dəstək göstərsin.

AJMEDİA.İNFO bildirir ki, bunu axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

“Cəmiyyəti quruculuğa səfərbər etmək lazımdır. Həm də cəmiyyət üçün aydınlıq yaratmaq lazımdır ki, bütün bu iqtisadi çətinliklər nə ilə bağlıdır? Ən azından insanlar bilsinlər ki, Qarabağda görülən işlər dövlətin ağır yüküdür, hamı da anlayışla qarşılasın. Eyni zamanda vətəndaş bilməlidir ki, məsələn, 3 illik çətinlikdən sonra hansı perspektivlər açılacaq və vəsaitini indidən hara yatırmalıdır. Bunlar olmasa, çətinlik davam edəcək”, - millət vəkili bildirib.

Fazil Mustafa qeyd edib ki, vətəndaşlar sosial durumdan xeyli narazıdırlar:

“Məsələn, bəzi vətəndaşlar pensiya almaq hüququndan məhrum edilir. Aidiyyəti qurumlar bilməlidir ki, bu kateqoriyadan olan üçün yaşam ağır şərtlər altına düşür. Buna da indidən reaksiya vermək lazımdır. Ölkə daxilində bahalaşmanın və digər məsələlərin hamısının səbəbi aydınlaşmalıdır. Səbəb bilinməyəndə insanlar çox mənfi təsirlərin altına düşürlər. Biləndə ki, məsələ obyektiv çətinliklərlə bağlıdır, insanlar bunu anlayırlar. Bu istiqamətdə dəstəklərini əsirgəmirlər. Müharibə dövründə necə idisə, insanlar ona uyğun anlayışla davranacaqlar. Biləcəklər ki, Qarabağda bu qədər böyük işlər görürüksə, müəyyən maddi və mənəvi fədakarlıq tələb olunur. Onda artıq vətənpərvər insanlar üçün “kəmərsıxmanı” daha çox tətbiq eləmək mümkün olur. Ancaq indi insanlar baxırlar ki, bəzilərinin vercinə deyil. Bəs sonu nə olacaq? Hamı səfərbər olunursa, qoy, bütün resursları Qarabağa yönəlsin”.