05 May 2024
Çeçenistan rəhbəri izləyicisini təhdid etdi: “Səni məhv edəcəyəm” - VİDEO

Çeçenistan rəhbəri izləyicisini təhdid etdi: “Səni məhv edəcəyəm” - VİDEO

18 May 2021
Baxış: 621

Çeçenistan rəhbəri Ramzan Kadırov sosial şəbəkə hesabında izləyicisini təhdid edib.

AJMEDİA.info xəbər verir ki, bu barədə “Dojd” telekanalı məlumat yayıb.

Belə ki, “Instagram” hesabında canlı yayım zamanı Kadırovun izləyicilərindən biri onu “şeytan” adlandırıb. Bu zaman Kadırov şərhi oxuyub və ekrangörüntüsünü çəkib.

“Əgər bunu mənə yazırsansa, səni tapacağam. O zaman bizdən kimin şeytan olduğunu görəcəyik. Mən çox şeytanları məhv etmişəm və səni də məhv edəcəyəm”, - deyə R.Kadırov bildirib.