03 May 2024
Çavuşoğlu etiraz edən ermənilərə bozqurd işarəsi göstərdi – video

Çavuşoğlu etiraz edən ermənilərə bozqurd işarəsi göstərdi – video

24 Aprel 2022
Baxış: 770

Mövlud Çavuşoğlu erməni etirazçılara “Bozqurd" işarəsi ilə cavab verdi

AJMEDİA.İNFO xəbər verir ki, hadisə XİN başçısının Uruqvayın paytaxtı Montevideoya rəsmi səfəri çərçivəsində oradakı Türkiyə səfirliyinin açılışından sonra baş verib.

Uruqvayda yaşayan bir qrup erməni əsilli şəxs Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Uruqvaya rəsmi səfərinə etiraz əlaməti olaraq Türkiyənin bu ölkədəki səfirliyinin qarşısına toplaşıb.

Onlar Türkiyə əleyhinə müxtəlif şüarlar sələndirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə ona etiraz edən ermənilərə “Bozqurd” işarəsi göstərərək cavab verib.