05 May 2024
Bu tələbələrin də təhsil haqqını dövlət ÖDƏYƏCƏK - Şərtlər AÇIQLANDI - VİDEO

Bu tələbələrin də təhsil haqqını dövlət ÖDƏYƏCƏK - Şərtlər AÇIQLANDI - VİDEO

19 May 2021
Baxış: 578

Həssas əhali qrupuna aid edilən ailələrin üzvü sayılan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək.

AJMEDİA.info xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, e-telebe.edu.az elektron portalı vasitəsi ilə həmin kateqoriyaya daxil olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən qarşılanması üçün müraciətlərin qəbulu mayın 19-dan yenidən aktivləşdiriləcək.

Nazirlik rəsmisinin sözlərinə görə, həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq, sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020-2021-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərclərindən azad olmaq üçün e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər. Təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi yalnız əyani şəkildə təhsil alan tələbələrə şamil edilir.

2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri üçün elektron portala müraciət etməyə ehtiyac yoxdur.