03 May 2024
Bu ölkələrin diplomatları Kiyevə qayıtdı - SİYAHI

Bu ölkələrin diplomatları Kiyevə qayıtdı - SİYAHI

19 Aprel 2022
Baxış: 406

Artıq 17 diplomatik nümayəndəlik Ukraynanın paytaxtı Kiyev şəhərində fəaliyyətini bərpa edib.

KONKRET.az “Unian”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Xarici İşlər Nazirliyi yayıb.

XİN qeyd edib ki, diplomatik nümayəndəliklərin Kiyevdə öz fəaliyyətini bərpa etməsi dünyanın Ukraynanı dəstəklədiyinin və ölkəyə inandığının sübutlarından biridir.

Beləliklə, Avropa İttifaqı, Fransa, İtaliya, Latviya, Litva, Estoniya, Polşa, Türkiyə, Çexiya, Sloveniya, Vatikan, Moldova, Gürcüstan, İran, Qazaxıstan, Tacikistan və Türkmənistan diplomatları Kiyevdə fəaliyyətini bərpa edib.