03 May 2024
“Bu halda Prezident Xankəndiyə icra başçısı təyin edəcək” - AÇIQLAMA

“Bu halda Prezident Xankəndiyə icra başçısı təyin edəcək” - AÇIQLAMA

19 Avqust 2021
Baxış: 1036

“Mövcud qanunvericilik dəyişməsə, o zaman Xankəndiyə böyük ehtimalla Azərbaycan Prezidenti tərəfindən icra başçısı təyin ediləcək”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Qaynarinfo-ya hüquqşünas Ələsgər Əhmədoğlu hazırda Rusiya sülhməramlılarının nəzarətindəki Xankəndidə Azərbaycan hakimiyyəti tamamilə bərqərar olduqdan sonra burada mövcud olan mer institutunun ləğv edilib-edilməyəcəyi, yaxud belə bir idarəetmə sisteminin bütün ölkədə reallaşacağı məsələsinə toxunarkən deyib:

“Bu məsələni ümumiyyətlə ayırmaq lazımdır. Xankəndidə keçirilən bütün seçkilər, o cümlədən “mer”, “parlament seçkiləri qanunsuz fəaliyyətdir və onun heç bir hüquqi nəticəsi yoxdur. İllərdir Azərbaycanda Bakı və digər iri şəhərlərdə mer seçkilərinin keçirilməsinin labüd olduğunu deyirik. Bu baş verməlidir. Xankəndi də Azərbaycan hakimiyyəti tamamilə bərqərar olduqdan sonra, ölkənin bütün ərazisində keçərli olan Azərbaycan qanunları eyni səviyyədə Xankəndi, Xocalı kimi ərazilərimizdə də keçərli olacaq. O zaman mövcud qanunvericilik dəyişməsə, ona uyğun Xankəndiyə böyük ehtimalla icra başçısı təyin ediləcək. Amma mahiyyət etibarı ilə ölkədə yerli idarəetmə islahatına ehtiyac var. Onun səlahiyyəti genişlənməli, seçkili mer institutu formalaşmalıdır”.