03 May 2024
Bu gün Zəngilanın Ağalı kəndində toy keçirilir? - RƏSMİ AÇIQLAMA

Bu gün Zəngilanın Ağalı kəndində toy keçirilir? - RƏSMİ AÇIQLAMA

23 Dekabr 2021
Baxış: 547

Bu gün Zəngilan rayonunun Ağalı kəndində toy məclisinin keçiriləcəyi ilə bağlı iddialar yayılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, bəzi sosial şəbəkə hesablarında Zəngilan rayonunun Ağalı kəndində toy məclisinin keçirilməsinə dair yayılan məlumatlar həqiqətəuyğun deyil:

“Hazırda həmin kənd ərazisində yenidənqurma və bərpa işləri davam etdirilir. Quruculuq işləri yekunlaşdıqdan sonra qısa zaman ərzində soydaşlarımızın öz doğma torpaqlarımızda məskunlaşdırılması planlaşdırılır”.