03 May 2024
Bu gün German Zaxaryayevin DOĞUM GÜNÜDÜR

Bu gün German Zaxaryayevin DOĞUM GÜNÜDÜR

07 İyul 2022
Baxış: 500

Bu gün dünya yəhudilərinin STMEGİ Fondunun prezidenti‚ Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayevin doğum günüdür.

AJMEDİA.İNFO xəbər verir ki, German Zaxaryayev 1971-ci il, iyul ayının 7-də Quba rayonunun Qırmızı qəsəbəsində Dağ Yəhudiləri ailəsində anadan olub.

G.Zaxaryayev 2001-ci ildən STMEGİ Fondunun prezidentidir. Atası məşhur jurnalist və şair Rəşbil Zaxaryayevdir. German Zaxaryayev Rusiyada hər zaman Azərbaycana dəstək olub‚ Moskvada yaşayan həmvətənlərimizdən heç vaxt kömək və yardımlarını əsirgəməyib. German Zaxaryayev çox vətənpərvər‚ Azərbaycanı sevən‚ ölkəmizə hər zaman beynəlxalq səviyyədə dəstək olan‚ çox etibarlı və ləyaqətli bir insandır.

Özəl gün münasibətilə Azərbaycan Yəhudi Media MərkəziAJMEDİA.İNFO saytının kollektivi olaraq German Zaxaryayevi ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, işlərində uğurlar və müvəffəqiyyətlər arzu edirik!