02 May 2024
Bu gün Azərbaycanda olan daha 130 İran vətəndaşı ölkəsinə yola salınıb

Bu gün Azərbaycanda olan daha 130 İran vətəndaşı ölkəsinə yola salınıb

17 İyun 2020
Baxış: 497

Azərbaycanda qalan İran vətəndaşlarından daha bir qrupu bu gün ölkəsinə göndərilib.

AJM-nın Tehran bürosunun İran dövlət televiziyasına istinadən verdiyi xəbərə görə, bu gün daha 130 nəfər İran vətəndaşı Astara sərhəd-keçid məntəqəsindən keçməklə İrana yola salınıb.

Bildirilib ki, İranın Azərbaycandakı səfirliyi və Azərbaycan rəsmilərinin davamlı səyləri nəticəsində indiyədək 664 nəfər İran vətəndaşı ölkələrinə qaytarılıb.

Qeyd edək ki, İran-Azərbaycan sərhədi mart ayından bağlanıb, iki ölkə arasında hava uçuşları da dayandırılıb. Sərhədlərin bağlanmasına baxmayaraq, iki ölkə arasında yük daşımaları davam etdirilir.

Teqlər: Bu gün